27 İyul 2015 18:45
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri İŞİD və PKK-ya qarşı apardığı hərbi əməliyyatlardan sonra az sonra İstanbul merliyi metrodan istifadə edən əhaliyə təcili xəbərdarlıq edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, xəbərdarlıqda deyilir ki, İstanbul metrosunun Yenikapı, Hacıosman, Osmanbəy və Taksim stansiyalarında bomba həyəcanı edilib. Hazırda bomba daşıdığı güman edilən 5 şübhəli avtomobil isə polis tərəfindən axtarılır.

İstanbul merliyi tərəfindən bütün aidiyyatı dövlət idarələrinə göndərilən müraciətdə qeyd olunur ki, həmin avtomobillər vasitəsilə metro stansiyalarında terror aktı törədilməsi planları ehtimal edilir.

Merlik metrodan istifadə edən əhalini diqqətli olmağa çağırır.


Müəllif:

Oxşar xəbərlər