4 Avqust 2015 17:05
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın paytaxtı Brüsselin şimal hissəsində naməlum silahlılar bir neçə nəfəri girov götürüb.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Belçika polisi məlumat verib.

Hadisə ilə bağlı ətraflı məlumat verilmir. Girovların saxlandığı binanın yerləşdiyi Paviyon küçəsinin polislər tərəfindən mühasirəyə alındığı açıqlanıb.

Qeyd edək ki, bu Brüsseldə ikinci oxşar hadisədir. Birinci fakt iyulun 28-də baş verib. Əməliyyat zamanı təcavüzkarın silahsız olduğu və heç kimi girov götürmədiyi məlum olub.

Ümumilikdə son günlər ölkədə aparılan antiterror əməliyyatları zamanı 16 Çeçenistan vətəndaşı saxlanılınıb.

Samir


Müəllif:

Oxşar xəbərlər