Türkiyədə 40 yaşlı rayon müftisinin kənddə Quran kursu keçən müəllimə ilə cinsi əlaqədə olması ilə bağlı inzibati cinayət işi açılıb.
Teleqraf.com "Habertürk"ə istinadən xəbər verir ki, Adanada müftisi M.Ç ötən gün kənd məscidlərini yoxlamağa gedib. Məscidlərdən birinə gələn müfti Ş.A-dan oranın açarını istəyib. Elə münasibətləri də həmin andan başlayıb.
İddiaya görə, M.A həyat yoldaşını müfti ilə birlikdə olarkən yaxalayıb. Müftini döyən M.A daha sonra onun maşınının şüşələrini sındırıb.
Yaxınlıqdakı kəndin imamından kömək istəyən müfti oradan qaça bilib.
Polis hadisə ilə bağlı müftinin, quran kursu müəlliməsi Ş.A-nın və M.A-nın ifadələrini alıb.
Hadisəni araşdıran Adana müftüliyinin əməkdaşı Arif Gökçe "Hadisənin doğru olduğunu güman etmirəm. Araşdırılır. Qadının əri bir ildən çoxdur ki, müfti bəyi təhdid etdiyini bilirik. Qadın müəllimə də iddianı qəbul etmir və ərinin onu boşamaq istəyidiyini bildirib" - deyib.
Hadisə ilə bağlı istinadq davam edir.
Rüstəm