13 Avqust 2015 15:54
2 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər gün minlərlə suriyalı ölkəsindəki daxili iğtişaşlardan və ya İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı hücumlarından qorunmaq üçün Avropaya üz tutur.

Teleqraf.com xarici mediaya istinadən xəbər verirlər ki, onlar əsasən, Egey dənizindən keçərək, İzmir vasitəsi ilə Yunanıstana oradan isə digər Avropa ölkələrinə gedirlər. Bu yolu keçmək üçün miqrantlar çox əzaba qatlaşmalı olur. Doğan Xəbər Agentliyinin paylaşdığı son görüntülər bunu bir daha təsdiq edir.

Aralarında uşaq və qadınların da olduğu 50 miqrantı daşıyan qayıq Yunanıstan Sahil Təhlükəsizliyi əməkdaşları tərəfindən partladılıb. Görüntülərdə daha sonra təhlükəsizlik işçilərinin hadisə yerindən uzaqlaşması və ətrafdakı balıqçı gəmilərinin suriyalılara köməyə gəlməsi əks olunub.

Teleqraf.com digər balıqçı gəmisindəki şəxslər tərəfindən həvəskar kamera ilə lentə alınan görüntüləri təqdim edir:

Samir


Müəllif:

Oxşar xəbərlər