ABŞ-ın 29-cu prezidenti olmuş Varren Hardinqin başqa xanımdan doğulan uşağı olduğu, genetik test nəticəsində ortaya çıxıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, sabiq prezidentin ailəsinə mənsub Peter Hardinqin təşəbbüsü ilə "ancestry" şirkətinə etdirilən DNT testi, Hardingin prezidentliyi dövründə evlilikdən kənar yaşadığı Nan Brittondan Elizabeth Ann adında bir uşaq sahibi olduğunu sübut edib.
Test təxminən 90 ildir davam edən fərziyyələrə da son nöqtəni qoymuş olub. Hardinqin evlilikdən kənar əlaqədən uşaq sahibi olduğu iddiaları ilk dəfə, Nan Brittonun "Prezidentin Qızı" adlı ovtobiyografisini 1927-ci ildə yayımlamasıyla gündəmə gəlmişdi. Britton kitabda Hardingle altı il ərzində sevgili olduqlarını və bir dəfə Ağ Evdəki otaqda bərabər olduqlarını önə sürmüşdü.
O dövrdə kitabda yazılanlar Harding ailəsi və ictimaiyyət tərəfindən rədd edilmiş, Britton yalançılıqla ittiham edilmişdi.
Rüstəm