17 Avqust 2015 23:10
6 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Bow Group analitik mərkəzi Ukrayna böhranı səbəbindən Rusiyaya tətbiq olunan sanksiyaların Qərb ölkələrə 700 milyard dollara başa gələcəyini açıqlayıb.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, hazırlanan hesabata görə, Rusiyaya qarşı sanksiyalar 120 milyard avro birbaşa itkiyə səbəb olacaq. Məruzədə iqtisadi zərərin isə 326 milyard avro olacağı açıqlanıb. Şərqi Avropa və ümumən bütün Avropada sanksiyalar 2 milyon adamın işsiz qalmasına səbəb olacaq.

Hesabata görə, Rusiyanın AB ölkələri banklarına olan 147 milyard dollar borcu da sanksiyalar səbəbindən risk altındadır.

Bow Group-un rəhbəri Ben Harris Quinney sanksiyaların İngiltərə və bütün Avropa Birliyi ölkələrinə təsirinin böyük olacağını deyib. İngilis araşdırmaçı Kuba və İranla yaşanan yumşalma dövrünü nümunə göstərərək, iqtisadi zərərin aradan qaldırılmasının çətin olacağı barədə xəbərdarlıq edib.

Nihad


Müəllif:

Oxşar xəbərlər