Yəməndə müharibə səbəbindən hər gün orta hesabla 8 uşaq həyatını itirir və ya əlil olur.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu məlumat Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) hesabatında yer alıb. Sənədə görə, ötən 4 ay ərzində Yəməndə 400 uşaq həyatını itirib, 600-ü isə yaralanıb.
Qurum hazırda ölkədə qidalanmanın və sağlamlıq xidmətlərinin aşağı səviyyədə olduğunu, məktəblərin bağlandığını və ölkədə yaşayış səviyyəsinin kəskin pişlədiyini bildirib. UNİCEF BMT-yə üzv ölkələri bu məsələyə həssas yanaşmağa və Yəmənə yardım göstərməyə çağırıb.
Samir