İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri Suriyada qədim xristian monastrını dağıdıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə suriyalı fəallar sosial şəbəkələrdə məlumat verib. Bildirilir ki, Homs vilayətinin Qaryatain şəhəri yaxınlığında Müqəddəs Elian monatırı buldozerlərlə yerlə bir edilib. Qeyd edək ki, bölgə ötən ay terrorçuların əlinə keçib.
Hadisədən sonra yerli xriatianlar evlərini tərk etməyə başlayıb.
Samir