İstanbulda irlandiyalı turistlə satıcılar arasında baş verən dava böyük marağa səbəb olub.
Teleqraf.com xəbər verir ki, qaldığı otellə üzbəüz mağazadan su almaq istəyən turist dolabın qapısını sərt açdığı üçün butulkaları yerə dağıdıb. Bundan sonra onunla satıcı arasında mübahisə başlayıb.
Kənardakı satıcılarında qoşulduğu mübahisə qısa müddətdə davaya çevrilib. Eyni anda bir neçə satıcı turistiə hücum edərək əllərindəki ağac, oturcaq və digər əşyalarla ona zərbələr endirməyə çalışıblar. Lakin irlandiyalı turist peşəkar boksçu olduğundan satıcıları bir-bir nokauta salıb.
Teleqraf.com həmin videonu təqdim edir: