Misir məhkəməsi İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının 12 döyüşçüsünə hökm oxuyub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçular Misirdə polis əməkdaşlarına hücum planlaşdırmaqda ittiham olunublar.
Məhkəmə İŞİD döyüşçülərinin cəzasını sübuta yetirilmiş hesab edərək, onlara edam cəzası kəsib. Edamın terrorçuların saxlanıldığı həbsxanada həyata keçiriləcəyi bildirilib.
Samir