Rusiyanın Kaluqa vilayətində uşağını kəmərlə döyüb pəncərənin nəfəsliyindən çölə atan anaya qarşı hökm çıxarılıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı Tatyana Kondraşova hələ 2014-cü ildə 2 yaşlı uşağına xəsarətlər yetirdiyi üçün saxlanılıb.
Verilən məlumata görə, qadın içkili vəziyyətdə kəmərlə 2 yaşlı uşağının başına zərbələr endirib. Növbəti gün isə o, uşağı pəncərədən çölə atıb.
Xoşbəxtlikdən uşaq kolların üzərinə düşdüyü üçün sağ qalıb. Bununla belə, azyaşlı çoxsaylı xəsarətlər alıb.
Məhkəmə anaya 8 il iş kəsib.