Erməni Vaqan Turekyan ABŞ dövlət katibi Con Kerrinin 5-ci, elm və texnologiyalar üzrə müşaviri təyin edilib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu postda Turekyan dövlət katibinə və onun iqtisadi inkişaf, energetika və ətraf mühit üzrə müavininə məsləhətlər verəcək.
O, həmçinin ABŞ-ın xarici siyasətinə toxunan səhiyyə məsələləri üzrə məsləhətlərini verəcək.
Keçmişdə Turekyan Elmin İnkişafına Dəstək Amerika Assosiasiyasında vəzifə tutub.