12 Sentyabr 2015 22:16
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Konya şəhərində 2 aylıq körpəsini öldürən qadın məhkəmə qarşısına çıxarılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qadın dindirilmə zamanı hadisəni qəsdən törtmədiyini deyib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Saniyə adlı qadın bir neçə gün öncə anasını itirib. Həkimlər də bunun qadına pis təsir etdiyini bildirib.

Hadisə baş verən günü azyaşlı dayanmadan ağlayıb. Ana isə onu bir neçə dəfə sakitləşdirmək istəyib. Ancaq bu mümkün olmayıb. Sonda isə qadın əlindəki körpə uşağı "Bəsdir daha" deyərək, yerə atıb. Körpə aldığı kəllə-beyin travması nəticəsində huşunu itirib.

Uşağın bu vəziyyətini görən ana həkimlərə xəbər vermək əvəzinə körpəsini özü sağaltmağa çalışıb. Lakin bunun faydası olmayıb. Uşaq bir gün sonra ölüb.

Məhkəmədə dindirilən qadın 2 yaşlı qızının olduğunu və hadisə zamanı özündə olmadığını deyib. Hakim bütün bunları nəzərə alaraq, qadını sərbəst buraxıb.

Samir


Müəllif:

Oxşar xəbərlər