13 Sentyabr 2015 18:29
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnquşetiya rəhbəri Yunus-Bek Yevkurov Rusiyada yerli orqanlara keçirilən seçkilərdə səsverməyə pasportsuz gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, o mühafizəçisini şəxsiyyət vəsiqəsinin ardınca göndərməli olub.

"Pasportumu iş kabinəmdə unutmuşam və onsuz mənə səsvermə imkanı vermələrini təkid etmədim", - deyə Yevkurov bildirib.

Respublika rəhbərinin sözlərinə görə, sənədi gəlincəyə qədər çay içib və yerli seçki məntəqəsinin seçiciləri ilə söhbətləşib.


Müəllif:

Oxşar xəbərlər