İran prtezidenti Hasan Rohani yəhudi xalqını onların Roş-Ha-Şana yeni il bayramı münasibəti ilə təbrik edib.
Rohano Twitter səhifəsində yazır ki, bizim kökümüz İbrahimdən gəlir, qoy bu hörməti dərinləşdirsin sülh və qarşılıqlı anlaşma gətirsin.
Amma Rohaninin sentyabrın 14-də elədiyi bu təbrik onun fars dilində olan hesabında yoxdur.
Rohani 2013-cü ildə də Twitter hesabında oxşar təbrik yerləşdirmişdi.
Qeyd edək ki, İran İsrail dövlətini tanımır və ona qarşı mübarizə aparan silahlı qrupları dəstkələyir.