16 Sentyabr 2015 08:05
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB - FBR) əməkdaşları Filadelfiyanın ucqarlarında 15 yaşlı yeniyetməni həbs ediblər. Musavat.com-un xarici informasiya mənbəyinə istinadən verdiyi xəbərə görə, yeniyetmə Roma papası Fransisskə hücum hazırlıqlarında şübhəli bilinir.

Məlumata görə, həbs hələ ötən həftə həyata keçirilib. Yeniyetmə İŞİD terror qruplaşmasının hərəkətlərindən vəcdə gəlibmiş.

“Yeniyetmə başqa adamların da iştirak edəcəyi, odlu silahın və partlayıcı maddlərdən istifadə olunmaqla qəsd hazırlayırdı”, - deyə FBR-də qeyd ediblər.

Xatırladaq ki, Roma papası Amerikaya səfərə hazırlaşır.


Müəllif:

Oxşar xəbərlər