Zimbabve prezidenti Robert Muqabenin parlamentdəki çıxışı etirazla qarşılanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 91 yaşlı Muqabenin 25 dəqiqəlik çıxışı sosial mediada günün mövzusu olub. Məlumatlara görə, prezidentin deyəcəyi fikirlərin yer aldığı sənədlərin dəyişik düşməsi nəticəsində Muqabe Afrika Liderlər İttifaqının iclası zamanı etdiyi çıxışı təkrarlayıb.
Bu isə müxalifətçilərin istehza mövzusu olub. Onlar prezidenti danışığını bilməməkdə ittiham ediblər və Muqabenin dərhal istefa verməsini istəyiblər.
Samir