22 Sentyabr 2015 16:26
1 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

"PKK terror təşkilatının Suriyadakı qolu PYD-nin hərbi qandı sayılan Könüllü Kürd Ordusunu (YPG) terror təşkilatı olaraq görmürük".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ xarici işlər nazirliyinin sözçüsü Con Kibri deyib.

Onun sözlərinə görə, ABŞ İŞİD-ə qarşı mübarizə aparan YPG-yə dəstəyini davam etdirəcək: "Biz YPG-ni terrorçu təşkilat kimi qiymətləndirmirik. Suriyada İŞİD-ə qarşı mübarizədə uğurlar əldə ediblər. Bunun üçün dəstəyimizi davam etdirəcəyik".

Qeyd edək ki, Türkiyə YPG-ni terror təşkilatı siyahısına daxil edib.

Samir


Müəllif:

Oxşar xəbərlər