Ukrayna prezidenti Petro Poroshenko ölkənin NATO İttifaqına üzvlüyü ilə bağlı ümummilli səsvermə keçiriləcəyini deyib.
O bunu sentyabrın 22-də Milli Təhlükəsizlik Şurasının iclasında deyib. Görüşdə NATO-nun baş katibi Jens Stoltenberg də iştirak edib.
NATOrəsmiləri dəflərlə bildirib ki, ölkənin üzvlüyünə baxmazadan əvvəl Kiyev siyasi, iqtisadi və hərbi islahatlar həyata keçirməlidir.
Stoltenberg iclasda bildirib ki, Ukrayna NATO-ya arxalana bilər və təşkilat Kiyevə siyasi və əməli dəstək göstərəcək.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 7900-dən çox adam ölüb.
Kiyevlə Qərb Rusiyanı separatçıları dəstəkləməkdə günahlandırır.Moskva ittihamı rədd edir.