ABŞ-ın Corciya ştatında ərini öldürən qadın edam edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 47 yaşlı Kelli Reni Qissendanerin vəkillərinin ali və federal məhkəməyə müraciət etməsi nəticəsiz qalıb. Qadın zəhərli iynə ilə öldürülüb.
Kelli 1996-cı ildə həyat yoldaşını boşanma məsələsində mübahisə zamanı öldürüb.
Qeyd edək ki, bu ABŞ-da son 70 ildə ilk qadın edamıdır.
Samir