Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının Şimali İraqdakı mövqelərinə növbəti dəfə zərbələr endirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Metina düşərgəsində PKK-ya məxsus 7 mövqe “ağıllı bomba”larla məhv edilib.
Əməliyyatlara 6 ədəd F-16 və 2 ədəd F-4 qırıcısı qatılıb. PKK-ya aid sığınacaqlar, silah-sursat və ərzaq anbarları vurulub.
Türkiyənin Diyarbəkir vilayətinin Silvan mahalında keçirilən əməliyyatda isə terror təşkilatının 21 silahlısı zərərsizləşdirilib.