12 Oktyabr 2015 01:53
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbs edilənlər yerli daxili işlər orqanlarının terrorla mübarizə bölməsində dindirilib

Konyada İŞİD terror təşkilatına aid olduğu iddia edilən qrupa yönəlik əməliyyatda 15 nəfər həbs edilib. Əməliyyat oktyabrın 11-də səhər saatlarında keçirilib, 15 ünvanda eyni zamanda keçirilən əməliyyatda 14-ü kişi, 1-i qadın olmaqla 15 şübhəli saxlanıb.

Konya Əmniyyət Müdürlüyü Terrorla Mübarizə Bölməsinin keçirdiyi əməliyyatda saxlanan şəxslər tibb yoxlamasından sonra istintaq orqanlarına təhfil verilib.

Oktyabrın 11-də Türkiyə polisi Şanlıurfada da terror qruplaşmalarına aid olduğu şübhəsi ilə 17 nəfəri saxlayıb. Öncədən təsbit edilən ünvanlarda keçirilən eynizamanlı əməliyyatlarda terrora bağlı olmaqda şübhəli bilinən şəxslərdən çox sayda yol xəritələri, əldədüzəltmə silahlar müsadirə edilib. Həbs edilənlər Şanlıurfa Daxili İşlər İdarəsinin Terrorla Mübarizə bölməsində dindirilir.


Müəllif:

Oxşar xəbərlər