"Əl Qaidə" terror təşkilatının Suriya qolu olan "Əl Nusra" qruplaşması prezident Bəşər Əsəd və “Hizbullah” lideri Hassan Nəsrullahın başına pul mükafatı qoyub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçular Rusiyanın hava hücumlarına qarşılıq olaraq, Suriyanın Nusayri yaşayış məntəqəsinə hücum edəcəkləri ilə bağlı xəbərdarlıq edib.
Bununla bağlı "Əl Nusra" lideri Əbu Məhəmməd Əl-Culani məlumat verib. Onun sözlərinə görə, Əsədi öldürən şəxsi 3 milyon avro, Nəsrullahı öldürənə isə 2 milyon avro ödəniləcək.
Culani həmçinin adı çəkilən şəxsləri öldürənlərin ailələrinin də təhlükəsizliyini təmin olunacağını deyib.
Samir