14 Oktyabr 2015 12:27
2 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda gənc oğlan intihara cəhd edib. Teleqraf.com xəbər verir ki, hadisə Xətai prospekti, 9 ünvanını qarşısında baş verib.

Gecə saat 02.30 radələrində Beyləqan rayon sakini, 1993-cü il təvəllüdlü Sübhan İbrahim oğlu İsmayılov ülgüc ilə hər iki qollarını kəsərək özünü öldürmək istəyib. O, xəstəxanaya yerləşdirilib.

Sübhan İsmayılov Atatürk prospekti, ev 11 ünvanında kirayədə yaşayıb. Paytaxtda fərdi əməklə məşğul olan Sübhan İsmayılov bir qızla sevgi münasibəti yaşayıb. Daha sonra onların münasibətləri pozulmağa başlayıb. Qız Sübhan ilə əlaqə saxlamaq istəməyib.

Hadisədən bir neçə saat əvvəl Sübhan İsmayılov qızla telefonda danışıb və gənclər arasında mübahisə yaranıb. Həmin vaxt qız Sübhan ilə əlaqəni kəsmək istədiyini deyib. Bu zaman Sübhan özünü öldürəcəyini bildirib. Onun hədəsinə baxmayaraq, qız Sübhandan ayrılmaq istədiyini deyib. Bundan sonra gənc oğlan intihara əl atıb.


Sübhan İsmayılovun izahatı Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin təhqiqatçıları tərəfindən alınıb.

Faktla bağlı araşdırmalar davam edir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər