BMT Təhlükəsizlik Şurası Qərbi İordan və Qəzzada baş verən prosesləri müzakirə etmək üçün bu gün fövqəladə iclas keçirəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iclas Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq. Toplantında İsrailin bölgədəki son addımları müzakirə ediləcək.
Qeyd edək ki, avqustun əvvəlindən İsrail fələstinlilərin Əl-Əqsa məscidinə girişini qadağan edib. Bununla da fələstinlilər etiraz aksiyasına başlayıb. Bölgədə İsrail polisi ilə baş verən toqquşmalar zamanı ən azı 2 min fələstinli yaralanıb. Son günlər baş verən hadisələrlə əlaqədar Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mansur BMT-nin Baş Katibinə və Təhlükəsizlik Şurasına məktubla müraciət edib.
Samir