Rusiya aviasiyası Suriyada əcnəbi təlimatçılar tərəfindən terrorçu-kamikadzelərin hazırlandığı bazanı məhv edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“SU-24M tipli bombardmançı təyyarə Salma şəhəri yaxınlığında (Latakiya əyaləti) terrorçuların hazırlanması bazasının yerləşdiyi binaya zərbə endirilib. Kəşfiyyatın məlumatına görə, bazada əcnəbi təlimatçılar Suriya ordusunun azad etdiyi ərazilərdə diversiya həyata keçirmək üçün xüsusi təlim keçmiş silahlıları və terrorçu-kamikadzeləri hazırlayıb”.
O qeyd edib ki, bazada diversiya biliklərindən başqa terrorçulara dinc əhali və qaçqınlar arasında özünü necə ifşa etməməyi öyrədiblər.
“Binada həmçinin əldəqayırma partladıcı qurğuların istehsalı üzrə sex fəaliyyət göstərib. Zərbə nəticəsində bina tamamilə dağıdılıb”, deyə general qeyd edib.