21 Oktyabr 2015 17:28
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, söhbətin əsas mövzusu Suriya prezidenti Bəşər Əsədin Moskva səfəri olub. Putin səfərlə bağlı Ərdoğana geniş məlumat verib.

Ərdoğan isə öz növbəsində Suriyadakı vəziyyətin gərginləşməsi ilə bağlı Hələb və digər şəhərlərdən miqrant axının artması ilə bağlı narahatlığını ifadə edib.

Liderlər "Böyük iyirmilik" toplantısı çərçivəsində ikitərəfli görüş keçirmək qərarına gəlib.

Samir


Müəllif:

Oxşar xəbərlər