Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Türkiyənin "Qalatasaray" klubu Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşır. Oyunda hesabı "Benfika" açıb - 2-ci dəqiqədə Qatyan fərqlənib.
Bunun ardınca, "Qalatasaray" C qrupunun liderinin qapısından iki top keçirib. Əvvəlcə Səlcuq İnan penaltidən hesabı bərabərləşdirib, 33-cü dəqiqədə isə Lukas Podolski komandasının hesabda irəli çıxarıb.
"Qalatasaray" fasilə 2:1 hesablı üstünlüklə yollanıb.