22 Oktyabr 2015 17:23
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tiflisdə şəhər məhkəməsində həftə ərzində artıq ikinci dəfədir bağlanılan "Rustavi-2" telekanalının işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com sputnik-georgiya.ru-ya istinadən xəbər verir ki, proses zamanı məhkəmə binasının qarşısında yüzlərlə insan toplaşaraq, aksiya keçirib. Onlar bu məhkəmə prosesini Gürcüstanda azad KİV-ə edilən təzyiq kimi qiymətləndirirlər.

Ölkədə sabitliyi bərpa etmək üçün Gürcüstan prezidenti Georgi Marqvelaşvili QHT-lər, diplomatik korpus nümayəndələri və siyasi partiyalarla danışıqlara başlayıb. Marqvelaşvili bildirib ki, son günlər "Rustavi-2" telekanalı ilə yayımlanan və özündə zorakılığı əks etdirən görüntülər ölkədə siyasi ab-havanın gərginləşməsinə, vətəndaş qarşıdurmasına və konstitusiya müddəalarının pozulmasına hesablanıb.

Qeyd edək ki, ötən bazar günü telekanalda yayımlanan görüntülərdə 2011-ci ildə yüksək vəzifəli polis əməkdaşları tərəfindən iki gürcünün Zuqdidi rayonundakı meşə massivinə gətirilməsi, təzyiqlərə və işgəncələrə məruz qalması əks olunub. Videolar ilə əlaqədar kanalın bağlanması qərarı qəbul edilib. Dünən isə Gürcüstanın keçmiş prezidenti Mixail Saakşvilinin "Vahid Milli Hərəkat” Partiyasının qərargahları dağıdılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər