27 Oktyabr 2015 16:12
2 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusu ilk dəfə İŞİD terror təşkilatına qarşı TOS-1A Solntsepyok tipli termobarik raketlərindən istifadə edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd deyib. Onun sözlərinə görə, raketlərlə İŞİD-in Lazkiyə şəhərinin şimalındakı hədəflərinə zərbə endirilib.

Rusiya istehsalı olan TOS-1a Solntsepyok raketləri xüsusilə vadi, yüksək təpə, meşə sahələrində yerləşdirilmiş hədəflərə qarşı istifadə edilir.

Yüksək yanma qabiliyyətinə malik olan raketlər 3-4 kilometr radiusda bütün canlıları məhv edir. Məlumatlara görə, raketin düşdüyü ərazidə temperatur 1000 dərəcəyə çatır.

Samir


Müəllif:

Oxşar xəbərlər