30 Oktyabr 2015 00:39
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Fort-Loderdeyl şəhər aeroportunda (Florida ştatı) "Boeing 767" tipli sərnişin təyyarəsi uçuş zolağı ilə bir qədər hərəkət etdikdən sonra yanmağa başlayıb.

"Report" CNN telekanalına istinadən xəbər verir ki, sərnişinləri təxliyə etmək lazım gəlib, 14 nəfər zədə və yanıq xəsarəti alıb.

Təyyarə pilotu uçuşa saniyələr qalmış tüstü çıxdığını görüb və sol mühərrikin yanması barədə dispetçerə məlumat verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Təxliyə zamanı 14 nəfər xəsarət alıb, onlardan üç nəfəri xəstəxanaya yerləşdirilib.

"Dynamic International Airways" aviaşirkətinə məxsus olan təyyarə Venesuelanın paytaxtı Karakasa uçmalı imiş.

Hadisədən sonra Fort-Loderdeyl hava limanı bağlanıb.


Müəllif:

Oxşar xəbərlər