1 Dekabr 2015 14:41
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın İrkutsk şəhərində azərbaycanlıların ailəsində dəhşətli hadisə qeydə alınıb.


Teleqraf.com-un Vesti.az-a istinadən verdiyi məlumata görə, 32 yaşlı ana iki azyaşlı oğlunu yaşadığı səkkizinci mərtəbədəki mənzilinin pəncərəsindən atdıqdan sonra özü də onların arxasınca tullanıb.


Həmin vaxt ailə başçısı işdə olub. Qadın hadisə yerində keçinib, uşaqlar isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq 4 yaşlı oğlanı xilas etmək mümkün olmayıb. Digər oğlan uşağı isə ertəsi gün həyatını itirib.

Azərbaycan Konqresinin İrkutsk vilayət təşkilatının rəhbəri Əlirza Salayev bildirib ki, qadının və uşaqların meyitləri Azərbaycanda dəfn ediləcək. O, həmçinin qeyd edib ki, körpələrini öldürən və intihar edən qadının həyat yoldaşı İrkutskda Azərbaycan diaspor təşkilatının fəal üzvlərindəndir.


Hadisənin səbəbi kimi 32 yaşlı qadının səhhətində keçirdiyi xəstəliklə əlaqədar son vaxtlar yaranan psixoloji problemlər göstərilir.


Müəllif:

Oxşar xəbərlər