2 Dekabr 2015 22:54
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı lideri olan Əbu Bəkr əl-Bağdadinin keçmiş həyat yoldaşı olduğu iddia edilən qadın azad edilib.

Bağdadi ilə 6 il evli olduğu deyilən Saca Hamid Əl Dulaiminin bu gün sərbəst buraxıldığı bildirilir. O, 16 livanlı əsgərin sərbəst buraxılması qarşılığında girovluğdan azad edilib. Qadınla birgə Əl-Qaidənin Suriyadakı qolu Əl-Nusra cəbhəsinin 13 yaraqlısı da sərbəst buraxılıb.

Girovların dəyişdirilməsi Suriya ilə sərhəddə baş tutub. Döyüşçülər arasında beş qadın olub.

Azad edilən Əl Dulaimi Beyruta, oradan isə Türkiyəyə getməyi planlaşdırdığını deyib. Onun sözlərinə görə, həyat yoldaşından 6 il öncə boşanıb.


Müəllif:

Oxşar xəbərlər