Suriya qaçqınları ölkədə baş verən işgəncələrlə bağlı dəhşətli faktlar açıqlayıblar.
Teleqraf.com xəbər verir ki, miqrantlar azğın İŞİD-li terrorçuların əsir qadınları bazarda satdıqlarını bildiriblər. Bunun üçün isə qadınları küçədə striptiz göstərməyə məcbur edirlər.
Suriyadan qaçan qadınlardan biri "Kişilərin başlarını kəsirlər, qadınları isə İŞİD-in paytaxtı Raqkaya aparırlar. Bu qadınların günahı nədir axı?" deyə bildirib.
Ölkədən qaçan kişilərdən biri isə "Qadınları bütünlüklə bağlı geyinməyə məcbur edirlər. İŞİD-in qadınlardan ibarət polisi "El Khansa Tugayı" qadınların gözlərini göstərməməsini tələb edirlər. Amma qadın qulları sata bilmək üçün küçədə striptiz göstərməyə məcbur edirlər" deyərək Suriyadakı vəziyyəti şərh edib.
Ramal