4 Dekabr 2015 11:22
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Opera və Balet Teatrının aparıcı solisti, xalq artisti Samir Cəfərov dekabrın 16-dan 20-nə kimi olan müddətdə Belarusun paytaxtı Minskdə qastrol səfərində olacaq. S.Cəfərov Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dəvəti ilə VI Beynəlxalq Milad Opera forumunda iştirak edəcək.

Son illərdə Milad Opera forumu Belarus Respublikasının mədəni həyatında əsas musiqi tədbirlərindən biri kimi dünya musiqi ictimaiyyətinin böyük marağına səbəb olur. Forum çərçivəsində keçirilən tamaşa və konsertlərdə bir sıra ölkələrdən məşhur opera truppaları, vokalçılar qonaq olur, premyeralar və Qala konsertlər keçirilir.

Azərbaycanlı sənətçiləri Əli Əsgərov 2013-cü ildə, əməkdar artist Afaq Abbasova isə 2014-cü ildə bu möhtəşəm tədbirə dəvət olunublar.

Nərmin


Müəllif: