Rusiya havadan, PYD (PKK terror təşkilatının Suriya qolu) isə qurudan Türkiyənin qırmızı xətt” elan etdiyi Suriyanın Azez bölgəsini bombalayır.
Publika.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, bölgə “kürd dəhlizi” üçün kritik əhəmiyyətə sahibdir.
Plana görə, Rusiya vurulan Su-24 təyyarəsinin intiqamını almaq üçün PYD ilə razılaşıb. Rusiyadan PYD-yə silah yardımı başlanıb. PYD bu yardımlarla Azezi ələ keçirmək üçün Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna (ASO) hücuma keçib. Rusiya isə havadan həyata keçirdiyi bombardmanlarla PYD-yə dəstək verir.
Məlumata görə, PYD Azezi ələ keçirib Afrin və Kobanini birləşdirməklə Şimali Suriyada xəyalını qurduğu “kürd dövləti”ni yaratmaq istəyir.