“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğına Türkiyəli məşhurlar da biganə qalmayıb.
Axşam.az-ın məlumatına görə, tanınmışlar sosial şəbəkədə Azərbaycanla bağlı foto paylaşaraq başsağlığı diləyiblər.
Müğənni Soner Sarıkabadayı:
"Başınız sağ olsun. Mənim üçün qardaşdan da doğma olan millət. Konsertlə əlaqədan İsveçrədəyəm, buna görə də gec xəbərim oldu. Dualarım sizinlədir".
Müğənni Alişan:
"Dərdiniz dərdimizdir. Allah rəhmət eləsin".
Müğənni Demet Akalın:
"Başın sağ olsun can Azərbaycan. Dərdiniz dərdimizdir. 32 canın getdi, məkanları cənnət olsun".
Müğənni Merve Özbey:
"Dərdiniz dərdimizdir. Allah səbr versin".
Aktrisa Dərya Tuna:
"Azərbaycanlı qardaşlarımızın başı sağ olsun. Dərdiniz dərdimizdir Azərbaycan".
Müğənni İrəm Derici:
"Bütün azərbaycanlı qardaşlarımızın başı sağ olsun".
Müğənni İbrahim Tatlısəsin oğlu İdo da Azərbaycanla bağlı foto paylaşaraq, başsağlığı diləyib.