İzmirdə dəniz sahilində azyaşlı uşaq cəsədi tapılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Briliyant çimərliyi"nin sahilində uşaq cəsədi tapan vətəndaşlar jandarmaya xəbər verib. Araşdırma aparan jandarm əməkdaşları qara jaketli qız uşağının 5-6 yaşında olduğunu müəyyənləşdirib. Suriya əsilli olan uşağın 2-3 gün əvvəl dənizdə boğulduğu güman edilir.
Cəsəd ekspertiza üçün İzmir Ədliyyə Tibb Qurumuna göndərilib.
Qeyd edək ki, daha əvvəl Aylan adlı körpənin cəsədinin sahildə tapılması bütün dünyanın diqqətini Suriyalı miqrantların yaşadığı problemlərə yönəltmişdi.
Rüstəm