"Suriya hökuməti müxaliflərə danışıqlar aparmağa hazırdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd deyib.
Onun sözlərinə görə, hər şey müxalifətin mövqeyinin müəyyənləşməsindən asılıdır: "Müxalifət bütün dünya üçün silahlı qruplaşma demək deyil. Müxalifət ilə terrorçular arasında böyük fərq var. Müxalifət hərbi deyil, siyasi termindir".
Əsəd qeyd edib ki, bu vaxta qədər ABŞ, Səudiyyə Ərəbistan və digər Qərb dövlətlərinin terrorçuları danışıqlara dəvət etdiyini görürdük: "Onlar istəyirlər ki, Suriya hökuməti terrorçularla danışıqlar aparsın. Ancaq bunu heç bir dövlət qəbul edə bilməz. Müxaliflər silahdan imtina etsə, biz onlarla danışığa getməyə hazırıq".
Samir