11 Dekabr 2015 19:23
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyaya qarşı adekvat addım atmamağımız qorxmağımızdan deyil, səbrimizin həddindən irəli gəlir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "NTV" telenkanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya bu məsələdə haqsızdır: "Xoşagəlməz hadisə oldu. Amma bu məsələdə Rusiya haqsızdır. Hava sərhədlərimizi pozdu. Lakin münasibətlərimizi əvvəlki vəziyyətə qaytarmaq üçün səbrlə davranırıq".

Çavuşoğlu Türkiyənin Şimali İraqdakı hərbi varlığı məsələsinə də toxunub: "Türkiyə İraq Kürdüstan regional rəhbərliyinin dəvəti ilə bu ölkəyə ordu göndərib. Türkiyəli hərbçilər iraqlı həmkarlarına xüsusi təlim keçəcək. Hazırda İraq rəhbərliyi ilə danışıqlar aparılır".

Samir


Müəllif:

Oxşar xəbərlər