Cenevrədə partlayıcı maddə və toksik qazların hazırlanma və daşınmasında ittiham edilən Suriya əsilli iki nəfər saxlanılıb, ölkə prokurorluğu bildirir.
Saxlanılan şəxslər həmçinin al-Qaeda və İslam Dövləti kimi qruplaşmaların fəaliyyətini yasaqlayan qanunu pozmaqda şübhəli bilinirlər.
İsveçrə hökuməti cümə günü İslam Dövləti adlanan qruplaşmanın Cenevrədə “potensial hüceyrə” qurduğu barədə məlumat alıb.
Artıq bir həftədir ki, ölkə polisi və sərhəd qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Yerli mətbuata əsasən suriyalılar polisə döyüş ləqəblərini bildiriblər və hazırda hüquq-mühafizə orqanları onların həqiqi adlarını müəyyən etməyə çalışır.