14 Dekabr 2015 09:26
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniyada 51 millət vəkili müsəlmanlara qarşı irqçi çıxışlar edən ABŞ prezidentliyinə namizəd Donald Trampın ölkəyə girişinə qadağa qoyulması barədə parlamentə müraciət edib.


Axar.az xəbər verir ki, millət vəkilləri Trampı çıxışlarına görə qınayıblar:


"Bu irqçi şəxsin İordaniya torpaqlarına girişinin qadağan edilməsini tələb edirik".


ABŞ mətbuatında Trampın bu ayın sonunda İsrail və İordaniyaya səfər edəcəyi barədə xəbərlər yer alıb.

Qeyd edək ki, Tramp müsəlmanların ABŞ-a girişinə qadağa qoyulmasını istəyib.


Müəllif:

Oxşar xəbərlər