Ukrayna vətəndaşları üçün yeni İD pasportlarının hazırlanması əsl inqilabdır.
Axar.az Qazeta-ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
“Ukrayna” poliqrafiya mərkəzini ziyarət edən prezident yeni istifadəyə veriləcək pasportların Ukrayna xalqının həyatında yeni dəyişikliklərə yol açacağını qeyd edib.
Xatırladaq ki, sözügedən pasportlar 2016-cı ilin yanvar ayından istifadəyə veriləcək. Plastik kart formasında olacaq İD pasportlara keçid Ukrayna və Avropa İttifaqı arasında vizasız rejimin tətbiqi üçün əsas şərtlərdən biri sayılır.