16 Dekabr 2015 14:03
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kamçatka bölgəsində Mi-8 vertolyotu qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 1 pilot həlak olub, 7 sərnişin yaralanıb. Vertolyotdakı 14 nəfər isə heç bir xəsarət almayıb.

Rəsmi məlumatlara görə, qəza vertolyotun sərt eniş etməsi nəticəsində baş verib. Hadisə vertolyot qaz şirkətinin işçilərini daşıyarkən baş verib. Qəzanın dəqiq səbəbləri araşdırılır.

Samir


Müəllif: