Rusiya təyyarələri İdlibdə məhkəməni bombardman edib.
Musavat.com xəbər verir ki, rus qırıcı təyyarələri Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərinin məhkəməsini bombardman edib.
Məlumata görə, qırıcı təyyarələrinin hücumu bölgəni xarabalığa çevirib. Ərazidə olan 40 nəfər ölüb, 150 nəfər isə yaralanıb.
Rəsmilər dağıntıların altından onlarla insanın çıxarıldığını bildirib. Ölü sayının artması istisna olunmur.