Rusiyanın Londondakı səfirliyi Britaniya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb rusiyalı diplomatlara veriləcək vizaların gecikdirilməsi olub.
Məlumatlara görə, Rusiya səfirliyinin diplomatlarının bir hissəsi və onların ailə üzvləri Milad bayramı ilə əlaqədar vətənə getmək üçün viza ala bilmir: "Vizanın verilməsi maksimum 4-5 həftə çəkə bilər. Ancaq diplomatların bəzilərinin pasportları artıq 16 həftədir ki, XİN-dədir".
Samir