26 Dekabr 2015 23:25
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxın Şərq ölkələri problemlərin öhdəsindən gəlməlidir. Əgər buna müvəffəq olsaq, islam dünyası daha qüdrətli olacaq”.

Publika.az xəbər verir ki, bu sözləri “Al-Arabiya" telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Türkiyə prezidenti Yaxın Şərq ölkələrini dinlərarası düşmənçiliyin alışdırılmasına yönəlik mövcud sui-qəsdlərə qarşı birləşməyə çağırıb: “Dünyada bizi bölmək niyyətləri var. Buna qarşı səylərimizi birləşdirməliyik. Baxın, İraqda, Suriyada, Fələstində və Liviyada nələr baş verir”.

Türkiyə prezidenti əlavə edib ki, Türkiyə və İran arasında regional məsələlər üzrə fikir ayrılıqları olsa da bu, mehriban münasibətlərə təsir etməməlidir: “Dinlərarası fərqlər bizi düşmən olmağa vadar etməməlidir”.


Müəllif:

Oxşar xəbərlər