Küveyt hökuməti Yəmənə ordu göndərilməsi ilə bağlı qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Küveyt mediası məlumat yayıb.
Bildirilir ki, ordu Səudiyyə Ərəbistanının rəhbərliyi ilə Yəməndə quru əməliyyatlarına başlayacaq. Bu ana qədər Küveyt Yəməndə yalnız hava əməliyyatlarında iştirak edirdi.
Qeyd olunub ki, əsgərlərin göndərilməsi həftə sonunadək başa çatacaq.
Samir