2 Fevral 2016 01:27
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Suriya özəl təmsilçisi Steffan de Mistura, Cenevrədə suriyalı müxaliflərlə görüşlərə başladıqlarını elan edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat AFP-də yer alıb.

Məlumata görə, De Mistura suriyalı müxalilərdən ibarət Yüksək Müzakirə Şurası ilə BMT-nin Cenevrə ofisində bir araya gəldikdən sonra təşkil etdiyi mətbuata konfransında sabah rejim heyəti ilə görüşəcəyini bildirib.

Suriyalıların çox əziyyətlər çəkdiyini bildirən Mistura, bu iclasın digər görüşlər kimi olmayacağını da qeyd edib.

BMT rəsmisi Vyanada söylədiyini təkrar edərək, bu görüşdə atəşkəsin əldə olunacağına inandığını vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər