ABŞ-ın müdafiə naziri Eşton Karter Penqatonun əsas qlobal rəqiblərinin adlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Karter İran, Rusiya, Çin və İŞİD-in Vaşinqton üçün əsas hərbi təhlükə mənbəyi olduqlarını deyib.
Pentaqon 2017-ci ildə təkcə İŞİD-lə mübarizəyə 7,5 milyard dollar xərcləyəcək. Bundan başqa, Karter deyib ki. Avropada Rusiyanın törətdiyi təhlükəni neytrallaşdırmaq üçün 3,2 milyard dollar xərcləyəcək.
Pentaqon 2017-ci ildə hərbi qurumun büdcəsinin 40%-ə qədər artırılmasını istəyir.